XƏBƏRLƏR / İctimaiyyət

Nəsiman Yaqublu Niderlandda Respublika Günü tədbirində FOTO

Tədbir "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Cəmiyyətinin təşkilatçılığı və Dövlət Diaspora Komitəsinin dəstəyi ilə baş tutub

Nəsiman Yaqublu Niderlandda Respublika Günü tədbirində FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Nəsiman Yaqublu Niderlandda 28 May və "M.Ə.Rəsulzadə-140" tədbirlərində iştirak edib.

    Niderlandın Haaqa şəhərində "Ana Vətən" Avropa Azərbaycanlı  Qadınlar Cəmiyyətinin təşkilatçılığı və Dövlət Diaspora Komitəsinin dəstəyi ilə Azərbaycan Cümhuriyyətinin 106-cı ildönümü və M.Ə.Rəsulzadənim 140 illiyi münasibəti ilə böyük tədbir keçirilib.Tədbiri Ana Vətən Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva açıb.

    Sonra Tarix elmləri doktoru, professor Nəsiman Yaqublu geniş elmi məruzə ilə çıxış edib.


    N.Yaqublu çıxışının sonunda Niderlandda yaşayan azərbaycanlılara yeni nəşr edilmiş M.Ə.Rəsulzadə haqqında olan kitabını hədiyyə edib.

    100-dən çox insanın iştirak etdiyi tədbirdə Respublikanın Əməkdar artistləri Firuz  Məmmədov və Xəyyam Məmmədovun iştirakı ilə maraqlı konsert proqramı olub.