XƏBƏRLƏR / Hərbi

ABŞ səhvən öz qırıcısını vurub

Bu barədə NBC məlumat yayıb

ABŞ səhvən öz qırıcısını vurub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus F/A-18 qırıcısı Qırmızı dəniz üzərində vurulub.

    Bu barədə NBC məlumat yayıb.

    Məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus F/A-18 iki yerlik qırıcısı Amerika raket kreyserinin hava hücumundan müdafiə sistemi tərəfindən səhvən vurulub.

    "USS Gettysburg raket kreyseri, Hərbi Dəniz Qüvvələrinə məxsus qırıcıya (F/A-18-ə), səhvən atəş açıb və onu vurub” – agentlik bu barədə ABŞ Mərkəzi Komandanlığının bəyanatına istinadən xəbər verir.

    Komandanlığın bildirdiyinə görə, pilotlar suya atılıb. Onlar xilas edilib, yalnız biri yüngül xəsarət alıb.

    Agentlik qeyd edir ki, qırıcı ABŞ-ın Yəmən husilərinin hədəflərinə endirdiyi zərbələr zamanı vurulub.