XƏBƏRLƏR / Hərbi

Ötən həftə 146 hektar ərazi minadan təmizlənib

Bu barədə ANAMA bəyan edib

Ötən həftə 146 hektar ərazi minadan təmizlənib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

    ANAMA-dan bildiriblər ki, iyunun 5-dən 10-dək Tərtər, Ağdam, Xocavənd, Laçın, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 16 mina, tank əleyhinə 26 mina və 57 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

    Həftə ərzində 146 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.