XƏBƏRLƏR / Hərbi

Azərbaycanla Özbəkistan komanda-qərargah təlimi keçirəcək

Müdafiə Nazirliyi xəbər verir

Azərbaycanla Özbəkistan komanda-qərargah təlimi keçirəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanan 2024-cü il üçün ikitərəfli əməkdaşlıq Planı”na əsasən cari il ərzində iki ölkə arasında kompüter dəstəkli taktiki komanda-qərargah təlimi keçiriləcək.

    Müdafiə Nazirliyi xəbər verir ki, təlimin birinci qərargah danışıqlarının keçirilməsi məqsədilə Özbəkistan nümayəndə heyəti ölkəmizə səfər edib.

    Özbəkistanlı nümayəndə heyəti ilə keçirilən görüşdə iki ölkə arasında keçiriləcək kompüter dəstəkli taktiki komanda-qərargah təlimi haqqında brifinq təqdim olunub.

    Təlimin məqsədi icra olunacaq tapşırıqlar və digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılan görüşün sonunda komanda-qərargah təliminin yekun protokolu imzalanıb.