XƏBƏRLƏR / Hərbi

Yararsız döyüş sursatları məhv ediləcək

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib

Yararsız döyüş sursatları məhv ediləcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ağdərə və Pirəkəşküldə istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, 17-21 noyabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

    "Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda bildirilib.