XƏBƏRLƏR / Nəqliyyat

ABŞ şirkətləri Zəngəzur dəhlizində iştirakı haqda danışıblar

Bu barədə Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında yazıb

ABŞ şirkətləri Zəngəzur dəhlizində iştirakı haqda danışıblar
  • Oxuma müddəti:

    1 dəqiqə

  • ABŞ şirkətlərinin Zəngəzur dəhlizinin inkişafında iştirakı Bakıda müzakirə olunub. Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ dövlət katibinin iqtisadi, energetika və biznes məsələləri üzrə müavininin müşaviri Kaleb Orrun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Bu barədə nazir Nəbiyev "X" hesabında yazıb:

    "ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirdik. Görüş zamanı rəqəmsallaşma və nəqliyyat sahələrində əməkdaşlıq perspektivləri, süni intellekt və kibertəhlükəsizlik istiqamətlərində normativ-hüquqi bazanın genişləndirilməsi, eləcə də ölkəmizdə data mərkəzinin tikintisi məqsədilə ABŞ dövlət qurumları və şirkətləri ilə tərəfdaşlıq məsələlərini müzakirə etdik. Həmçinin Orta Dəhlizin genişləndirilməsi, Zəngəzur dəhlizinin inkişafı istiqamətində görülən və planlaşdırılan işlər, bu proseslərdə ABŞ şirkətlərinin iştirak perspektivləri ilə bağlı fikir mübadiləsi apardıq."