XƏBƏRLƏR / Sosial şəbəkə

ABŞ "TikTok"un aktivlərini 14 milyard dollara alıb

Tətbiqin ABŞ bölməsinin amerikalı investorlara satılmasını Si Cinpin razılaşdırıb, Donald Tramp isə təsdiqləyib

ABŞ "TikTok"un aktivlərini 14 milyard dollara alıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ "TikTok"un aktivlərini 14 milyard dollara alıb. Razılaşma Ağ Evdə imzalanıb.

    "TikTok"un Amerika bölməsinin amerikalı investorlara satılmasını Si Cinpin razılaşdırıb, Donald Tramp isə təsdiq edib.

    Tətbiqin ABŞ-da bloklanması əvvəllər yanvarın 20-dək təxirə salınmışdı.

    Vitse-prezident C.D.Vens bəyan edib ki, sövdələşmənin məqsədi xidmətin ABŞ-dakı əməliyyatlarını və amerikalı istifadəçilərin məlumatlarını qorumaqdır.

    "TikTok"un tövsiyə alqoritmi artıq ABŞ şirkətləri tərəfindən idarə olunacaq.

    Aktivin qiyməti 14 milyard dollardır. "Oracle"ın başçılıq etdiyi amerikalı investorlar bu məbləğin 80%-ni, ana şirkət "ByteDance" (Çin) isə 20%-ni əldə edəcəklər.

    "Oracle" Trampın tərəfdarı olan Larri Ellisona məxsusdur.

    "TikTok" alqoritmlərinin gələn il Senat və Konqres seçkilərində necə çıxış edəcəyini təxmin etmək çətin deyil.