Bloger-azərbaycanofob Lapşin Ermənistanda buraxılmadı
Bu barədə Ermənistan mediası məlumat yayıb
Azərbaycanda həbsdə olan Rusiya-İsrail bloqqeri, güya "ermənipərəst" dələduz Aleksandr Lapşinin Ermənistana girişi qadağan edilib.
Aprelin 5-də Yerevan hava limanında ona ölkəni tərk etməli olduğu bildirilib. Sərhədçilər səbəbləri izah edən heç bir sənəd təqdim etməyiblər.
Ermənistan mediasının məlumata görə, Lapşin xarici kəşfiyyat orqanlarına işləməkdə ittiham olunur.
Bundan əvvəl Ermənistan sərhədçiləri Belarus hakimiyyətinin tələbi ilə Lapşini yeddi dəfə saxlamışdılar.
1 dəqiqədən az