ABŞ vitse-prezidentinin təyyarəsi İrəvanda eniş edib
Hava limanında C.D.Vensi və onun ailəsini Ermənistan parlamentinin spikeri Alen Simonyan və başqa rəsmi şəxslər qarşılayıb
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens həyat yoldaşı Uşa Vens və 2 uşağı ilə birgə Ermənistana səfər edib.
Ermənistan mediası xəbər verir ki, Vensin təyyarəsi artıq İrəvan hava limanına enib.
Hava limanında Vensi Ermənistan parlamentinin spikeri Alen Simonyan və başqa rəsmi şəxslər qarşılayıblar.
1 dəqiqədən az