XƏBƏRLƏR / Hava

Abşeron çimərliklərində hava necə olacaq?

Milli Hidrometeorologiya Xidməti xəbər verir

Abşeron çimərliklərində hava necə olacaq?
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 18-də şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

    Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 21-22, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə isti olacaq.