XƏBƏRLƏR / Hava

Sabahın hava proqnozu açıqlanıb

Milli Hidrometeorologiya Xidməti xəbər verir

Sabahın hava proqnozu açıqlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2-7° isti olacaq.