XƏBƏRLƏR / Hava

Sabah bəzi bölgələrdə 23 dərəcə isti olacaq

Milli Hidrometeorologiya Xidmətinin məlumatı

Sabah bəzi bölgələrdə 23 dərəcə isti olacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycanda fevralın 10-na gözlənilən hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 6-11°, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 760 millimetr civə sütunundan 764 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75 faiz, gündüz 45-55 faiz təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 5-10°, gündüz 18-23° isti, dağlarda gecə 1-6°, gündüz 7-12° isti, bəzi yerlərdə 16° isti olacaq.