XƏBƏRLƏR / Hava

Abşeronda ildırım çaxacaq, leysan yağacaq

Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edir

Abşeronda ildırım çaxacaq, leysan yağacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakıda və Abşeron yarımadasında sentyabrın 16-dan 17-nə keçən gecə, 17-də arabir yağış yağacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

    Azərbaycanın rayonlarında isə sentyabrın 16-sı axşamdan 21-dək fasilələrlə yağış yağacağı, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə yağışın sulu qara keçəcəyi gözlənilir.

    Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.