Xəzər dənizində dalğanın hündürlüyü 3.5 metrdir
Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbər verib
Yanvarın 10-u saat 12:00-a olan məlumata əsasən hazırda Bakıda və Abşeron yarımadasında sulu qar yağır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti müşahidə olunur. Belə ki, Bərdə, Naftalan, İmişli, Qazıməmməd, Biləsuvar, Yardımlı, Lerik, Oğuz, Qusar, Quba, Qax, Şəki, Gədəbəy, Şamaxı, İsmayıllı, Ağdam, Xaltan, Qax, Sabirabad, İmişli, Cəfərxan, Qəbələ, Qobustan, Tərtər, Şirvan, Mingəçevirdə qar, Zaqatala, Balakən, Yevlax, Tovuz, Şəmkir, Göyçay, Ağstafa, Neftçala, Zərdab, Beyləqan, Lənkəran, Astara, Gəncə, İsmayıllı, Naxçıvan, Şahbuz, Ceyrançöl, Kürdəmirdə isə yağış yağır. Sumqayıt, Şərur, Daşkəsən, Şəki, Qax, Şamaxı, Qrızda duman müşahidə olunur.
Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında saniyədə 15-18, Beyləqanda 22, Naftalan, Balakən, Zaqatalada 18, Mingəçevirdə 17, Biləsuvarda 16 metrə çatır. Neft Daşları hidrometeoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3.5 metrdir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 3°, Aran rayonlarında 5°, dağlıq rayonlarda 2°-dək isti, Naxçıvan Muxtar Respublikasında 5-7° isti, yüksək dağlıq ərazilərdə isə 7°-dək şaxta qeydə alınıb.