Adıyamanda zəlzələ oldu
Bu barədə AFAD-ın rəsmi twitter səhifəsində məlumat yayılıb
Türkiyənin Adıyaman vilayətində yenidən zəlzələ qeydə alınıb.
Bu barədə AFAD-ın rəsmi twitter səhifəsində məlumat yayılıb.
Vilayətin Çelikhan rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.7 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 10.6 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.