XƏBƏRLƏR / Təbiət

Samuxda zəlzələ olub

Respublika Seysmoloji Xidmət Mərkəzi xəbər

Samuxda zəlzələ olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Oktyabrın 20-də Gəncə stansiyasından 34 kilometr şimal-şərqdə - Samux rayonunda zəlzələ qeydə alınıb.

    Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan verilən məlumata görə, yerli vaxtla saat 14:00-da qeydə alınan yeraltı təkanların maqnitudası 3-ə bərabər olub.

    Ocağı 13 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.