XƏBƏRLƏR / Məhkəmə

Afina məhkəməsi azərbaycanlıya cəsusluğa görə 7 il iş verdi

Bu barədə Reuters məlumat yayıb

Afina məhkəməsi azərbaycanlıya cəsusluğa görə 7 il iş verdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yunanıstan məhkəməsi 27 yaşlı Azərbaycan vətəndaşını casusluq ittihamı ilə yeddi il bir ay müddətinə azadlıqdan məhrum edib. Həmyerlimizin kimliyi haqda məlumat verilmir.

    Ona Yunanıstan, ABŞ və NATO üçün strateji əhəmiyyət daşıyan Souda dəniz bazasında casusluq etmək şübhəsi ilə ittiham irəli sürülüb. İstintaq zamanı müəyyən olunub ki, Polşada müvəqqəti yaşayış icazəsi olan şəxs ilk dəfə 2025-ci ilin yanvarında Yunanıstana gəlib və iyunun ortalarından etibarən Krit adasının qərbində yerləşən Xaniya bölgəsindəki hərbi bazaya baxan oteldə qalıb.

    Polis mənbələrinin bildirdiyinə görə, o, dövlət sirri hesab olunan hərbi məlumatları, o cümlədən hərbi obyektlərin foto və videolarını toplayaraq xarici dövlətlərə ötürməkdə ittiham olunur. (Reuters)