XƏBƏRLƏR / Məhkəmə

Erməni yepiskopun həbs müddəti daha iki ay uzadılıb

Ermənistan KİV-i xəbər verir

Erməni yepiskopun həbs müddəti daha iki ay uzadılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İrəvanın birinci instansiya məhkəməsi Erməni Apostol Kilsəsinin Araqasotn yeparxiyasının rəhbəri yepiskop Mkrtıç Proşyanın həbs müddətini daha iki ay uzadıb.

    Ermənistan KİV-i xəbər verir ki, bu barədə onun vəkili bildirib.

    "Bu qərarı dekabrın 13-ü hakim Karen Farxoyan verib. Müdafiə tərəfi hələ məhkəmə qərarını almayıb, aldıqdan sonra isə apellyasiya şikayəti verəcək", - deyə vəkil bildirib.

    Xatırladaq ki, oktyabrın 15-də biri Araqaçotn yeparxiyasının rəhbəri yepiskop Mkrtıç Proşyan olmaqla ümumilikdə 13 din xadimi və digər şəxsləri saxlanılıb. Yepiskop M.Proşyan oktyabrın 16-da guya din xadimlərini müxalifətin mitinqlərində iştirak etməyə məcbur etməkdə ittiham olunaraq 2 ay müddətinə həbs edilib.