XƏBƏRLƏR / İctimaiyyət

Ağcabədidə baş verən qəzada ölənlərin sayı 6 nəfərə çatıb

Hadisə ötən gün Xocavənd kəndi ərazisində baş verib YENİLƏNİB

Ağcabədidə baş verən qəzada ölənlərin sayı 6 nəfərə çatıb
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 10:38

    Ağcabədi rayonunda dünən baş verən yol qəzasında ölənlərin sayı altı nəfərə çatıb.

    “Kia”  markalı minik avtomobilinin sürücüsü, 1992-ci il təvəllüdlü Fəxri Rzayev qəza zamanı zərbənin təsirindən yolun kənarına düşüb.

    Onun meyiti sonradan tapılaraq aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı cinayət işi başlanılıb

    ***

    09:36

    Ağcabədidə 5 nəfərin öldüyü yol qəzası  ilə bağlı cinayət işi başlayıb.

    Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü ( yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlayıb, müvafiq ekspertizalar təyin edilib.

    Qeyd edək ki, ötən gün hadisə rayonun Xocavənd kəndi ərazisində baş verib.

    "Mercedes", "Hyundai" və "VAZ" markalı avtomobillərin iştirakı ilə zəncirvari qəza baş verib.

    Nəticədə 1990-cı il təvəlldlü Hüsiyev Vüsal Məmməd oğlu, 1991-ci il təvəllüdlü Əmrahov Sənan Aqil oğlu, 1992-ci il təvəllüdlü Aslanov Azər Fəyyaz oğlu, 2007-ci il təvəllüdlü Ələsgərov Asiman Yaşar oğlu və 2002-ci il təvəllüdlü Aslanlı Elbəy Mövsüm oğlu hadisə yerində ölüb.

    Qəzada 5 nəfər isə müxtəlif növ bədən xəsarətləri alıb.

    ***

    28 feval 2025-ci il

    23:15

    Ağcabədi rayonunda baş vermiş zəncirvari qəzada beş nəfər bədənin müxtəlif dərəcəli xəsarətləri ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Hadisədə yaralananların kimliyi aşağıdakı kimidir:

    1. Nəsirov Xəyal Asif oğlu, 1992-ci il təvəllüdlü.

    2.  Yusifli Tural İdris oğlu, 1992-ci il təvəllüdlü.

    3.  Umudzadə Akşin Elsevər oğlu, 1996-cı il təvəllüdlü.

    4.  Nurlan Qurbanov, 2000-ci il təvəllüdlü.

    5.  Əli Alişanov, 2000-ci il təvəllüdlü.

    Qeyd edək ki, hadisə nəticəsində 5 nəfərin həkiməqədər ölüm faktı qeydə alınmışdı.

    ***

    21:20

    Ağcabədi rayonunda baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsində ölənlərin kimliyi bəlli olub.

    Məlumata görə, qəza nəticəsində keçinənlər 1990-cı il təvəlldlü Hüsiyev Vüsal Məmməd oğlu, 1991-ci il təvəllüdlü Əmrahov Sənan Aqil oğlu, 1992-ci il təvəllüdlü Aslanov Azər Fəyyaz oğlu, 2007-ci il təvəllüdlü Ələsgərov Asiman Yaşar oğlu və 2002-ci il təvəllüdlü Aslanlı Elbəy Mövsüm oğludur.

    ***

    20:25

    Ağcabədi rayonunda baş verən zəncirvari qəzada beş nəfər ölüb.

    Hadisə rayonun Xocavənd kəndi ərazisində baş verib.

    "Mercedes", "Hyundai" və "VAZ" markalı avtomobillərin iştirakı ilə baş verən qəzada "VAZ”ın sürücüsü, həmçinin maşındakı dörd sərnişin hadisə yerində ölüb.

    Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib.

    Faktla bağlı araşdırma aparılır.