İlon Mask dünyada demoqrafik böhran barədə xəbərdarlıq edib
Bu barədə o, “X” sosial şəbəkə hesabında paylaşım edib

Amerikalı sahibkar İlon Mask xəbərdarlıq edib ki, bəşəriyyət böyük demoqrafik böhran təhlükəsi ilə üz-üzədir.
Bu barədə o, “X” sosial şəbəkə hesabında paylaşım edib.
“Bəşəriyyətin üzləşdiyi ən böyük problem demoqrafik çöküşdür”, - deyə İ.Mask paylaşımında bildirib.
Sahibkar əvvəllər bəyan edirdi ki, demoqrafik problemlər üzündən bütöv xalqlar yox ola bilər.