“Qızıl xaç”ın nümayəndəsi Qarabağda qalan ermənilər barədə
Bu barədə BQXK-nın əməliyyat departamentinin direktoru Martin Şupp bildirib
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) hazırda Qarabağda qalan erməni sakinlərə yardım edir.
Bunu “Ria Novosti”yə BQXK-nın əməliyyat departamentinin direktoru Martin Şupp bildirib.
Onun sözlərinə görə, Qarabağda qalan ermənilərin bəzilərinin tibbi yardıma, bəzilərinin isə yeməyə və suya ehtiyacı var.
“Bu gün az sayda erməni sakin ya orada qalmağı seçdiyinə, ya da özbaşına tərk edə bilmədiyinə, bəlkə də qoca və ya əlil olduqlarına görə evlərində qalır. Onların bəzilərinin tibbi yardıma, bəzilərinin isə qida və suya ehtiyacı var. Biz həqiqətən köməyə ehtiyacı olanlara istər su, dərman, istərsə də qohumları ilə əlaqə saxlamaq və ya tibbi nəqliyyat ala bilmək üçün dəstək olmağa çalışırıq", - Şupp deyib.
BQXK-nın Azərbaycan hakimiyyəti ilə əməkdaşlıq edib-etmədiyini soruşulduqda M.Şupp bildirib ki, təşkilat işlədiyi yerdə ehtiyacı olanlara kömək etmək üçün bütün aidiyyatı orqanlarla qarşılıqlı əlaqədə olur.