Gəncədə kəlbəcərli məktəblilərdən fləşmob VİDEO
Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi təqdim edir
Gəncə şəhərində kəlbəcərli məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı qəsəbədə təhsil alan şagirdlərin iştirakı ilə Böyük Qayıdışa həsr olunmuş fləşmob keçirilib.
Məktəblilər Qarabağda təhsil almaq arzularını və qayıdış sevincini ifadə edən sloqanlar səsləndiriblər.
Fləşmobun sonunda məktəblilər “Təhsilimizlə qayıdırıq!” şüarını səsləndirərək, doğma Kəlbəcərə qayıtmağa və orada təhsillərini davam etdirməyə hazır olduqlarını nümayiş etdiriblər.