XƏBƏRLƏR / İctimaiyyət

Göyçayda yas mərasimində evin eyvanı uçub, xəsarət alan var

YENİLƏNİB

Göyçayda yas mərasimində evin eyvanı uçub, xəsarət alan var
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Göyçay rayonunda yas mərasimi zamanı evin eyvanı uçub, 8 nəfər xəsarət alıb. 

    TƏBİB-dən bildirilib ki, aprelin 7-də saat 13:00 radələrində Göyçay rayonunun Qarayazı kəndində yas mərasimi zamanı eyvanın aşması nəticəsində xəsarət alan 8 nəfər Göyçay Rayon Mərkəzi Xəstəxanasının təcili yardım bölməsinə hospitalizasiya olunub.

    Onlardan 1966, 1963, 1973, 1969, 1976, 1960 və 1962-ci il təvəllüdlü 7 nəfərə (qadın) ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

    Digər 1973-cü il təvəllüdlü qadın isə çoxsaylı sınıqlar və onurğa zədəsi diaqnozu ilə ixtisaslaşmış tibb müəssisəsinə hospitalizasiya olunub.

    ***

    09:30

    Göyçayda yas mərasimi zamanı evin eyvanı uçub.

    Hadisə Fərahim İsrafil oğlu Vahidova məxsus evdə qeydə alınıb.

    Evdə yas mərasimində iştirak edən qadınların oturduğu evin 2-ci mərtəbəsinin eyvanı uçub. 

    Nəticədə 1978-ci il təvəllüdlü Həşimova Mətanət Ağakərim qızı, 1969-cu il təvəllüdlü Vahidova Kəmalə Həşim qızı, Göyçay rayonu, Qarayazı kənd sakinləri 1966-cı il təvəllüdlü Cabbarova Saxanım Suru qızı, 1966-cı il təvəllüdlü Məmmədova Nazilə Məzahir qızı və 1963-cü il təvəllüdlü Əliyeva Susaxan Suru qızı həmin eyvandan yıxılaraq müxtəlif bədən xəsarətləri alıblar.

    Araşdırma aparılır.