Vətəndaş tapdığı silah-sursatı polisə təhvil verdi
Bu barədə DİN məlumat verib
Paytaxt sakinlərindən biri Xətai rayonundakı 37-ci Polis şöbəsinə müraciət edərək, tapdığı silah-sursatı könüllü təhvil vermək istədiyini bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda polisin vətəndaşın qeyd etdiyi ünvana getdiyi və oradan 1 ədəd “Makarov” markalı tapança, 3 ədəd daraq, 108 ədəd müxtəlif çaplı patron, 2 ədəd əl qumbarası və 5 ədəd alışqan (zapal) aşkar edtdiyi bildirilib.
Məlumat verən vətəndaşa qarşı heç bir cəza tədbiri görülməyib. Polisə vaxtında məlumat verdiyi üçün ona təşəkkür edilib.