XƏBƏRLƏR / Qayıdış

Ağdam şəhərinə ilk köç gələn ilin payızında planlaşdırılır

Bunu Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib

Ağdam şəhərinə ilk köç gələn ilin payızında planlaşdırılır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ağdam şəhərinə ilk köç gələn ilin payızında planlaşdırılır.

    Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

    O qeyd edib ki, azad edilən ərazilərə köçürülən vətəndaşlar üçün dövlət hər cür şərait yaradıb:

    "Bu işlər Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində plana uyğun davam edir. Məşğulluq və infrastruktur məsələlərini düzgün ardıcıllığını planlayaraq bunu edirik".

    O deyib ki, hazırda Ağdamda üç kənddə quruculuq işləri davam edir: "Prezident İlham Əliyev sonuncu dəfə Ağdama səfər etmişdi. Orada hazırda üç kənddə - Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri davam edir. Baş Qərvənd kəndində də slovakiyalı mütəxəsisslərlə birgə kəndin bərpası üzrə işlər gedir. Ağdam rayonunda digər kəndlər üzrə layihələndirmə işləri aparılır. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulur. Hazırda 2-ci məhəllədə 66 binanın tikinti işlər başlayıb. Ağdam şəhərinə gəən ilin payızında ilk köç planlaşdırılır. Bundan sonra paralel olaraq digər məhəllələrdə də tikinti işləri yekunlaşdıqdan köç başlayacaq".