XƏBƏRLƏR / Qayıdış

Köç karvanı Ağdam şəhərinə çatıb, açarlar təqdim edilib

Bu mərhələdə Ağdam şəhərinə 83 ailə (308) nəfər köçürülüb

Köç karvanı Ağdam şəhərinə çatıb, açarlar təqdim edilib
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 17:15

    Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən Ağdam şəhərinə yola salınan köç karvanı şəhərə çatıb, evlərin açarları sakinlərə təqdim edilib.

    Açarların təqdimat mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

    ***

    09:02

    Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb.

    Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

    Bu mərhələdə Ağdam şəhərinə 83 ailə (308) nəfər köçürülüb.