XƏBƏRLƏR / Qayıdış

Laçın şəhərinə daha 25 ailə köçürüldü

Bununla da Laçın şəhərində 247 ailə, yəni 1 050 nəfərin daimi məskunlaşması təmin edilib

Laçın şəhərinə daha 25 ailə köçürüldü
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün daha 96 keçmiş məcburi köçkün Laçın şəhərinə yola düşüb.

    Oktyabrın 16-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

    Bu mərhələdə Laçın şəhərinə daha 25 ailə – 96 nəfər köçürülür.

    Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

    Bununla da Laçın şəhərində 247 ailə, yəni 1 050 nəfərin daimi məskunlaşması təmin edilib.