XƏBƏRLƏR / Qayıdış

APA-da Qərbi azərbaycanlıların problemi qaldırılıb

Bakıda keçirilən Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında məsələni Rizvan Nəbiyev qaldırıb

APA-da Qərbi azərbaycanlıların problemi qaldırılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında Qərbi azərbaycanlıların problemi qaldırılıb.

    Bu barədə Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev çıxış edib.

    Rizvan Nəbiyev bildirib ki, hələ də 300 minə yaxın azərbaycanlı öz evlərindən didərgin düşmüş vəziyyətdə yaşayır: “Biz bu problemi beynəlxalq platformalarda da səsləndirmişik. Bu, beynəlxalq hüquq normalarının tələb etdiyi bir şeydir”.