Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları "Xaş-xaş 2024" planına uyğun olaraq tədbir keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, tədbir zamanı Qırmızı Bazar qəsəbəsinin ərazisində yabanı halda bitən 1 tondan artıq 4650 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.