XƏBƏRLƏR / Qayıdış

Mincivan və 13 kəndin azad edildiyi gündür

Qəsəbənin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür

Mincivan və 13 kəndin azad edildiyi gündür
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün - oktyabrın 21-i Zəngilan rayonunun Mincivan qəsəbəsinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edildiyi gündür.

    Qəsəbənin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür.

    Qeyd edək ki, 2020-ci il oktyabrın 21-də Zəngilan rayonunun Mincivan qəsəbəsi ilə yanaşı, 13 kəndi - Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri işğaldan azad edilib.

    Bu barədə Prezident İlham Əliyev özünün rəsmi twitter səhifəsində məlumat verib.

    Eyni zamanda, Azərbaycan Ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad edib.