Hadrutda məscid tikilir
Bunu Prezidentin Qarabağ İqtisadi rayonu üzrə xüsusi nümayəndəsinin köməkçisi Ümid İsazadə deyib
Hadrut və Tuğ çox vacib ərazilərdən biridir. Turizim potensialına görə Tuğ tarixi, mədəni əhəmiyyətə malikdir. Bu iki əraziyə xüsusi həssaslıqla yanaşırıq.
Bunu Azərbaycan Respublikası Prezidentinin Qarabağ İqtisadi rayonu üzrə xüsusi nümayəndəsinin köməkçisi Ümid İsazadə Füzulidə media nümayəndələri üçün təşkil olunmuş brifinqdə deyib.
Onun sözlərinə görə, Hadrut qəsəbəsində məscidin tikintisi davam etdirilir:
"İnvestisiya hesabına fərdi yaşayış evlərinin tikintisi davam etdirilir. Dövlət tərəfindən torpaq söküntü işləri artıq bitib. 7 yaşayış binasının bərpası və inzibati mərkəzin, klub icma mərkəzinin, müxtəlif ictimai iaşə binalarının tikintisi yaxın zamanlarda başlayacaq. İstər Hadrut, istərsə də Tuğ turizm mərkəzi olduğu üçün Turizm Agentliyi tərəfindən müxtəlif işlər görülür. Ərazinin layihələndirilməsi, insfrasturuktur mərkəzlərinin qurulması işləri üzərində də hərəkət edirik".
Ümid İsazadə bildirib ki, yaxın zamanda Tuğda ilkin mərhələdə 30 fərdi yaşayış evinin yenidən bərpası, eyni zamanda məktəb və bağçanın tikintisinə başlanılacaq:
"Əfsuslar olsun ki, Tuğ kəndi çox böyük vandallığa məruz qalıb. O səbəbdən ilkin mərhələdə 30 fərdi yaşayış evinin yenidən bərpasına, onların ətrafında yaşıllıq ərazilərinin, yol-komunikasiya şəbəkələrinin, səkilərin, inzibati mərkəzlərin, bir neçə qeyri-yaşyışa binasının, məktəbin və bağçanın tikintisinə yaxın zamanlarda başlayacağıq. Orada torpaq işləri artıq bitib. Hadrut qəsəbəsində olduğu kimi, Tuğ kəndində layihələndirmə işləri Turizm Agentliyi tərəfindən davam etdirilir. Layihəndirmə işlərinə xüsusi diqqət yetiririk. Çünki həm layihələrin keyfiyyətli olması həm də dövlət büdcəsinə qənaət, səmərəli istifadə olunması bizim proritetlərimizdir", - deyə Ü.İsazadə bildirib.