Şuşa və Naxçıvanda ASAN xidmətin açılması planlaşdırılır
Bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib
Yaxın vaxtlarda Şuşada ASAN xidmətin açılması planlaşdırılır. Bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib. O bildirib ki, ilk əvvəl ASAN xidmət Şuşada fəaliyyətə başlayacaq. "Hazırda Şuşada inşa edilən ASAN xidmət mərkəzi tamamlanmaq üzrədir. Ümumiyyətlə azad olunan ərazilərə böyük qayıdış davam edir. Dövlətimiz öz gücü hesabına orada şəhər və kəndərimizi sıfırdan qurur. Əhalinin köçü baş verdiyi ərəfədə də ASAN xidmət mərkəzləri fəaliyyətə başlayacaq. Qısa müddətdə Şuşada ASAN xidmət mərkəzi açılacaq. Ondan sonra isə digər rayonlarımızda fəaliyyətə başlayacaq", - deyə Ü.Mehdiyev qeyd edib.
Naxçıvanda da ASAN Xidmətin açılması ilə bağlı işlər davam edir. Bunu da Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib. O bildirib ki mərkəzlə bağlı son tamamlanma işləri gedir. "Naxçıvan Nazirlər Kabineti bu istiqamətlərdə işlər aparır. Yəqin ki bu il ərzində mərkəz fəaliyyətə başlayacaq", - deyə o əlavə edib.