Zəlzələdən sonra 42 min suriyalı vətəninə dönüb
Bu rəqəmi Türkiyənin milli müdafiə naziri Hulusi Akar söyləyib
Türkiyənin milli müdafiə naziri Hulusi Akar zəlzələdən sonra ölkəsinə qayıdan suriyalı qaçqınların sayı ilə bağlı son rəqəmi açıqlayıb. O, qaçqınların könüllü şəkildə Suriyaya geri döndüyünü xüsusi vurğulayıb. "Kahramanmaraş mərkəzli zəlzələdən sonra 42 min suriyalı öz xoşu ilə vətəninə qayıdıb", - deyə nazir bildirib. Akar ordunun zəlzələ ilə bağlı gec müdaxilə etməsi barədə deyilənlərə də yenidən münasibət bildirib: "Kənardan danışmaq asandır. Bəs sərhədləri kim qorusun, Suriyaya kim getsin. Məlumatlar həqiqəti əks etdirmir".