Zəngilandakı ilk yaşayış kompleksinin inşa prosesi VİDEO
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti-xəbər verir
Şərqi Zəngəzurda “Böyük Qayıdış” Dövlət Proqramının əsas ünvanlarından biri olan Zəngilan şəhəri yeni inkişaf mərhələsinə qədəm qoyub.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən verilən məlumata görə, işğaldan azad olunmuş ərazilərdə müasir şəhərsalma konsepsiyası əsasında inşa edilən ilk yaşayış kompleksi keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin etməklə yanaşı, bölgənin sosial-iqtisadi dirçəlişinin də rəmzinə çevrilib. Müasir yaşayış binaları, geniş abadlıq işləri, yaradılan sosial infrastruktur və rahat həyat şəraiti Zəngilanın yeni simasını formalaşdırır.
Təqdim olunan videoçarxda ilk yaşayış kompleksinin tikintisinin müxtəlif mərhələləri, görülən genişmiqyaslı işlər və Böyük Qayıdışın Zəngilanda yazdığı yeni tarix öz əksini tapır.