XƏBƏRLƏR / Qayıdış

Xankəndidə 7 silah aşkarlandı

DİN xəbər verir

Xankəndidə 7 silah aşkarlandı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Fevralın 16-da Xankəndi şəhəri ərazisində 7 silah aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, ötən gün 2 ədəd avtomat silahı, 4 tüfəng, 1 tapança, 1 qumbaraatan, 9 ədəd qumbara, 19 qumbara alışdırıcısı, 11 ədəd patron darağı, 846 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.