22 ailə Ağalı kəndinə köçürülür FOTO
Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar
Növbəti mərhələdə Zəngilan rayonunun Ağalı kəndinə daha 22 ailə (106 nəfər) köçürülür.
Növbəti köç karvanı Abşeron rayonu Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Zəngilan” şəhərciyindən yola salınır.
Ailə tərkibinə uyğun olaraq, köçürülənlərdən 9-u üçotaqlı, 9-u dördotaqlı, 4-ü beşotaqlı fərdi yaşayış evi ilə təmin olunub.
Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.