İşğaldan azad edilmiş ərazilərin dəyişən mənzərəsi VİDEO

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi təqdim edir

  • Oxuma müddəti:

    1 dəqiqə

  • İşğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi prioritetlərə uyğun olaraq davam etdirilir.

    Görülən işlərin əsas istiqamətlərindən biri ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, əhalinin rahat və təhlükəsiz yaşayışı üçün zəruri şəraitin yaradılması və Böyük Qayıdış prosesinin ardıcıl şəkildə həyata keçirilməsidir.

    Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş ərazilərdə xüsusi nümayəndəliklərinin dəstəyi ilə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Qarabağın və Şərqi Zəngəzurun ayrı-ayrı bölgələrində aparılan bərpa-quruculuq işlərinə həsr olunmuş videoçarx hazırlayıb.

    Videoçarxda Bakı şəhərindən başlayan səyahət zamanı azad olunmuş ərazilərin – Füzuli, Cəbrayıl, Zəngilan (Ağalı), Qubadlı, Laçın (Zabux, Sus), Kəlbəcər, Ağdərə, Ağdam, Xocalı, Şuşa və Xankəndi şəhərlərinin müasir görüntüləri və həyata keçirilən bərpa-quruculuq işləri əks olunub.

    Azad edilmiş bölgələrin yenidən qurulan simasını və tarixi-mədəni irsin bərpasını nümayiş etdirən bu vizual material milli qürur və dirçəliş ruhunu əks etdirir.

    Videoçarx işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin miqyasını, yaradılan müasir yaşayış mühitini və bu dəyişikliklərin bölgəyə səfər edən şəxsdə yaratdığı təəssüratı əyani şəkildə təqdim edir.