XƏBƏRLƏR / Qayıdış

Qarabağın yenidən qurulmasına 3,4 milyard manat ayrılacaq

Bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetində onun sədrliyi ilə keçirilmiş iclasda bildirib

Qarabağın yenidən qurulmasına 3,4 milyard manat ayrılacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 2026-cı ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 3,4 milyard manatı və yaxud 8,25 %-i işğaldan azad olunuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı xərclərin payına düşəcək.

    Bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetində onun sədrliyi ilə keçirilmiş iclasda bildirib.

    Ümumilikdə, 2020-ci ildən bəri 2026-cı il də daxil olmaqla işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən cəmi 25 milyard manatdan çox vəsait ayrılıb", - deyə o qeyd edib.