İlin sonuna qədər Laçına daha 40 ailə köçürüləcək
bunu Laçında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov deyib

Yaxın vaxtlarda Laçın şəhərinə 20 ailə, ilin sonuna qədər isə 40 ailə köçürüləcək.
Bunu Laçında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, indiyədək Laçına 936 ailə, ümumilikdə 3516 nəfər köçürülüb.
Xüsusi nümayəndə həmçinin qeyd edib ki, Laçında yenidənqurma işləri sürətlə davam etdirilir.