XƏBƏRLƏR / Qayıdış

Yaxın günlərdə daha 20 ailə Zabux kəndinə köçəcək

Laçın rayonunun Zabux kəndində birinci mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirilib

Yaxın günlərdə daha 20 ailə Zabux kəndinə köçəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Laçın rayonunun Zabux kəndində birinci mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirib.

    Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonunun tərkibinə daxil olan Laçın rayonu üzrə xüsusi nümayəndəliyinin və Laçın Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

    Püşkatmada 20 ailə (88 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq onlardan 4-ü iki otaqlı, 4-üç otaqlı, 8-i dördotaqlı, 4-ü beş otaqlı mənzillərlə təmin olunub. Həmin ailələr hazırda Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayırlar.