Laçında daha 100-dək ailənin məşğulluğuna dəstək veriləcək
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib
Böyük Qayıdış proqramı üzrə Laçın şəhərinə köçürülən sakinlərin məşğulluq imkanlarının müəyyənləşdirilərək müvafiq dəstək göstərilməsi işləri davam edir.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin nümayəndələri Laçına köçürülən ailələrdən daha 100-dək ailə ilə görüşüblər. Həmin ailələrin üzvlərinin məşğulluq imkanlarının müəyyənləşdirilməsi istiqamətində ilkin söhbətlər aparılıb.