XƏBƏRLƏR / Qayıdış

Azad edilmiş ərazilərdə daha 79 mina, 525 PHS aşkarlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin həftəlik məlumatı

Azad edilmiş ərazilərdə daha 79 mina, 525 PHS aşkarlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (12.02.2024 - 28.02.2024) açıqlanıb.

    ANAMA-dan verilən məlumata görə, Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Laçın, Şuşa, Xocavənd, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanda 33 piyada əleyhinə mina, 46 tank əleyhinə mina, 525 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

    Bildirilib ki, 886,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.