14:34
Xocalının Təzəbinə və Seyidbəyli kəndlərinə köçən sakinlərə evlərinin açarları təqdim edilib.
Mərasimdə Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında xüsusi nümayəndəsinin əməkdaşları, Qaçqınlar məcburi köçkünlərin işləri üzrə Dövlət xidmətinin və ANAMA-nın nümayəndələri iştirak edib. Çıxış edənlər sakinləri qayıdış münasibəti ilə təbrik edib, yaşayış məntəqələrində yaradılmış şəraitlə bağlı ətraflı məlumat verilib.
Sonra Təzəbinə və Seyidbəyli sakinlərinə evlərin açarları təqdim olunub.
***
12:55
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Bu gün Xocalı rayonunun Təzəbinə və Seyidbəyli kəndlərinin hər birinə ayrılıqda 10 ailə (müvafiq olaraq 44 və 41 nəfər) köçürülür.

Qeyd olunan kəndlərə köçürülənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:
Laçın rayonu
Laçın - 2176 nəfər (590 ailə)
Bəylik - 316 nəfər (79 ailə)
Zabux - 823 nəfər (217 ailə)
Sus - 215 nəfər (59 ailə)
Füzuli rayonu
Füzuli - 3136 nəfər (823 ailə)
Zəngilan rayonu
Ağalı - 981 nəfər (216 ailə)
Məmmədbəyli - 464 nəfər (93 ailə)
Ağdərə rayonu
Suqovuşan - 591 nəfər (180 ailə)
Talış - 90 nəfər (20 ailə)
Həsənriz - 931 nəfər (244 ailə)
Kolatağ - 89 nəfər (26 ailə)
Vəngli - 470 nəfər (119 ailə)
Şuşa rayonu
Şuşa - 1396 nəfər (371 ailə)
Xocalı rayonu
Xocalı - 482 nəfər (111 ailə)
Ballıça - 1034 nəfər (232 ailə)
Təzəbinə - 605 nəfər (138 ailə)
Xanyurdu - 371 nəfər (108 ailə)
Şuşakənd - 335 nəfər (90 ailə)
Badara - 134 nəfər (43 ailə)
Seyidbəyli - 169 nəfər (48 ailə)
Daşbulaq - 98 nəfər (22 ailə)
Cəbrayıl rayonu
Cəbrayıl 2866 nəfər (659 ailə)
Horovlu - 692 nəfər (172 ailə)
Ağdam rayonu
Sarıcalı - 771 nəfər (185 ailə)
Kəngərli - 1129 nəfər (269 ailə)
Xıdırlı - 2148 nəfər (543 ailə)
Xocavənd rayonu
Hadrut - 105 nəfər (27 ailə)
Qırmızı Bazar - 254 nəfər (67 ailə)
Sos - 261 nəfər (61 ailə)
Kəlbəcər rayonu
Kəlbəcər - 449 nəfər (108 ailə)
Cəmi: 23 581 nəfər
Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 64 mindən çox insan yaşayır.
3 dəqiqə