Füzulidə enerji doldurma stansiyaları quraşdırılacaq
Bunu “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar mərkəzinin direktoru Araz Məmmədzadə deyib
İşğaldan azad olunmuş ərazilərdə yaşıl enerjiyə keçid sürətlə aparılır. Bu ərazilərdə demək olar ki, bütün mümkün yerlərdə elektromobillərin enerji doldurması üçün məntəqələr tikilib. Bunu “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar mərkəzinin direktoru Araz Məmmədzadə qurumun 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.
“Füzulidə ilk dəfə Rəqəmsal Stansiya İdarəetmə Mərkəzi tikilib və istifadəyə hazırdır. Orada elektromobillər üçün enerji doldurma stansiyaların quraşdırılması da planlaşdırılır”,- deyə Araz Məmmədzadə əlavə edib.