XƏBƏRLƏR / Qayıdış

İlk köç karvanı Xankəndi şəhərinə çatıb

YENİLƏNİB

İlk köç karvanı Xankəndi şəhərinə çatıb
  • Oxuma müddəti:

    4 dəqiqə

  • 16:30

    Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Xankəndi şəhərinə qayıdan sakinlər üçün partlayıcı sursat riskləri ilə bağlı maarifləndirmə tədbiri keçirib.

    Bu barədə agentliyin "X" sosial media hesabında məlumat paylaşılıb.

    Bildirilib ki, tədbir zamanı sakinlərə əsas təhlükəsizlik qaydaları, şübhəli ərazilərin əlamətləri və xəbərdarlıq nişanları barədə məlumat verilib, həmçinin təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmamaq və şübhəli əşyalara toxunmamaq çağırışı edilib. Həmçinin sakinlərə müxtəlif növ maarifləndirici və qabaqlayıcı çap materialları paylanıb.

    ***

    14:35

    Xankəndi şəhərinə çatan ilk köçdəki ailələrə mənzillərin açarları təqdim olunub.

    İlk mərhələdə şəhərə 36 ailə - 162 nəfər köçürülüb.

    Xatırladaq ki, Xankəndi şəhəri və Kərkicahan qəsəbəsi 1991-ci ildə işğala məruz qalıb. 2023-cü il 19–20 sentyabr tarixlərində keçirilən lokal xarakterli antiterror əməliyyatı nəticəsində Azərbaycan əsgəri şəhərə nəzarəti bərpa edib.

    ***

    13:30


    Bu gün səhər saatlarında yola salınan ilk köç karvanı Xankəndi şəhərinə çatıb.

    İlk mərhələdə şəhərə 36 ailə - 162 nəfər köçürülüb.

    Qeyd edək ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

    ***

    07:00

    Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

    Xankəndi şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. İlk mərhələdə Xankəndi şəhərinə 36 ailə - 162 nəfər köçürülüb.

    Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

    Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:

    Laçın rayonu
    Laçın - 2245 nəfər (607 ailə)
    Bəylik - 316 nəfər (79 ailə)
    Zabux - 823 nəfər (217 ailə)
    Sus - 215 nəfər (59 ailə)

    Füzuli rayonu
    Füzuli - 3136 nəfər (823 ailə)

    Zəngilan rayonu
    Ağalı - 981 nəfər (216 ailə)
    Məmmədbəyli - 611 nəfər (122 ailə)

    Ağdərə rayonu
    Suqovuşan - 591 nəfər (180 ailə)
    Talış - 90 nəfər (20 ailə)
    Həsənriz - 985 nəfər (254 ailə)
    Kolatağ - 120 nəfər (33 ailə)
    Vəngli - 528 nəfər (135 ailə)
    Aşağı Oratağ -119 nəfər (31ailə)
    Çapar-  96 nəfər (26 ailə)
    Heyvalı - 74 nəfər (19 ailə)
    Çıldıran - 48 nəfər (13 ailə)

    Şuşa rayonu
    Şuşa - 1396 nəfər (371 ailə)

    Xocalı rayonu
    Xocalı - 482 nəfər (111 ailə)
    Ballıça - 1034 nəfər (232 ailə)
    Təzəbinə - 605 nəfər (138 ailə)
    Xanyurdu - 421 nəfər (120 ailə)
    Şuşakənd - 418 nəfər (110 ailə)
    Badara - 200 nəfər (58 ailə)
    Seyidbəyli - 217 nəfər (59 ailə)
    Daşbulaq - 109 nəfər (26 ailə)

    Cəbrayıl rayonu
    Cəbrayıl 2866 nəfər (659 ailə)
    Horovlu - 762 nəfər (191 ailə)

    Ağdam rayonu
    Ağdam şəhəri - 308 nəfər (83 ailə)
    Sarıcalı - 771 nəfər (185 ailə)
    Kəngərli - 1129 nəfər (269 ailə)
    Xıdırlı - 2471 nəfər (623 ailə)

    Xocavənd rayonu
    Hadrut - 182 nəfər (46 ailə)
    Qırmızı Bazar - 513 nəfər (122 ailə)
    Sos - 360 nəfər (85 ailə)

    Kəlbəcər rayonu
    Kəlbəcər - 449 nəfər (108 ailə)

    Xankəndi
    Xankəndi şəhəri - 162 nəfər (36 ailə) 
    Kərkicahan - 117 nəfər (30 ailə)



    Cəmi: 25 950 nəfər

    Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 70 minə yaxın insan yaşayır.