Paşinyan:" Xoşbəxtlikdən heç bir qərar verilməyib”
Bunu Ermənistanın baş naziri Azərbaycanın anklavlarının qaytarılması ilə bağlı deyib
"Xoşbəxtlikdən heç bir qərar verilməyib”. Paşinyan deputatın Ermənistanın Azərbaycanın anklavlarının qaytarılması ilə bağlı sualını belə cavablandırıb.
O əlavə edib ki, İrəvan siyasi səviyyədə Ermənistan ərazisində Azərbaycana məxsus olan anklavların mövcudluğunu tanıyır. "Bununla belə, hüquqi müstəvidə Ermənistanın hələ də bu anklavların bəziləri ilə bağlı problemləri var" - deyə Paşinyan vurğulayıb.