Talış kəndinə 180-ə qədər ailə qayıdacaq
Bunu Azərbaycan Prezidenti İlham Əliyev bildirib
"Talış kəndinin yenidən qurulmasına başlanmasından hələ bir il keçməyib. Artıq Talış kəndinə 20 ailə qayıdıb və 180-ə yaxın ailə qayıdacaq". Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində xalqa müraciətində bildirib.
Bu gündən bir il keçmədən Talış kəndində 180-ə yaxın ailənin yaşayacağını deyən dövlət başçısı qeyd edib ki, bu ailələr üçün bütün imkanlar yaradılıb: "Biz qurub-yaradan xalqıq. Ermənistandan fərqli olaraq, biz öz ərazimizdə qurub-yaradırıq”.