RSK 49 əcnəbi vətəndaşı Xankəndidən təxliyə edib
Bu günədək Xankəndidən Ermənistana Azərbaycan ərazisinə qanunsuz keçən 500-dən çox əcnəbi çıxarılıb
Qarabağda müvəqqəti yeerləşdirilmiş Rusiya sülhməramlı kontinnqenti (RSK) 49 xarici vətəndaşı (6-sı uşaq olmaqla) Xankəndidən Ermənistana təxliyə edib.
Eyni zamanda Ermənistandan Xankəndə humanitar yük daşıyan iki karvan avtomobil keçib.
Bu barədə bazar günü RSK-nın bülletenində deyilir.
Əcnəbilərin vətəndaşlığı barədə məlumat verilmir. İndiyədək sülhməramlılar Rusiya vətəndaşları da daxil olmaqla Xankəndidən Ermənistana Azərbaycan ərazisinə qanunsuz keçən 500-dən çox əcnəbi təxliyyə ediblər.