Füzulinin iki kəndinin tikintisinə başlanılacaq
Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib
Bu yaxınlarda Füzulinin Pirəhmədli və Qaraxanbəyli kəndlərinin tikintisinə başlanılacaq.
Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Füzulidə işsizlik səviyyəsi 9 faizdən aşağıdır.
"Bu onu göstərir ki, artıq Füzuliyə həyat qayıdıb".
1 dəqiqədən az