XƏBƏRLƏR / Qayıdış

Şuşada bayram namazı qılınıb

Yuxarı Gövhər Ağa məscidində qılınan bayram namazında Şuşaya köçmüş sakinlər də iştirak ediblər

Şuşada bayram namazı qılınıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İşğaldan azad olunmuş Şuşa şəhərində Ramazan ayının başa çatması münasibətilə bayram namazı qılınıb.

    Yuxarı Gövhər Ağa məscidində qılınan bayram namazında ötən illərdəkindən fərqli olaraq Şuşaya köçmüş sakinlər də iştirak ediblər.

    Bayram namazında xalqımız, dövlətimiz üçün dualar edilib. Ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladları da yad olunub, ruhlarına dualar oxunub.